İllərlə gözümüz yolda, qulağımız səsdə qalmışdı ki, kimsə bizə bir gün deyəcək, qayıdırıq doğma yurd yerlərimizə. İllərlə ayrı düşdüyümüz doğma yurd yerlərmizə, doğulub boya-başa çatdığımız kənd və şəhərlərmizə getməyi xəyal edib bəzəndə yuxularmızda Vətənin nisgilini yaşayaraq özümüzdə təskinlik tapırdıq. İllərlə xəyalımızda canlandırdığımız doğma Vətənə gedə bilmirdik. Kimi öz doğma evindən uzaq düşmüşdü, kimi də illərlə öz əziz insanlarının məzarını ziyarət edə bilmirdi. Prezident Cənab İlham Əliyev qeyd etdiyi kimi “Ən ağrılısı o idi ki, doğma torpağı uzaqdan görəsən amma ora gedə bilməyəsən." Əlbəttə bu dəhşətli mənəvi ağrı idi. Azərbaycan xalqının keçmişdən bəri çox əsirlik tarixində Vətən uğrunda aparılan döyüşlərdə dümənə qarşı mübarizə aparan qəhrəman oğul, qızlarımızın şücayət və qəhrəmanlıqlarından çox yazılıb, cəsur igidlərmizin qəhrəmanlığı dillərdə dastan olub. Lakin Müzəffər Ali Baş Komandan Prezident Cənab İlham Əliyevin Vətən torpaqlarının düşməndən azad edilməsi uğrunda başladığı Dəmir Yumruq əməliyyatı 44 gün ərzində sərhədlərimiz boyunca doğma torpaqlarmızın düşməndən azad olunması uğrunda aparılan mübarizə dünyanı heyran qoydu, Azərbaycan xalqına bütün Türk dünyasına sevincli və qürurlu anlar yaşatdı. 27 Sentyabr 2020-ci il tarixdə başlanan II Qarabağ müharibəsində rəşadətli Azərbaycan Ordusu düşmənə ağır zərbələr endirərək, haq-ədalətin şər üzərində qələbəsinə nail olundu. Qorxu bilmədən döyüşlərdə daim şad xəbərlər qələbə sevinci xalqımıza bəxş edən Azərbaycan əsgəri böyük ruh yüksəkliyi ilə düşmənə cəhbədə ağır zərbələr endirərək bu mübarizlik yolunda şərəflə irəli addımlamaqdan çəkinməyərək, Vətənə, torpağa olan sevgisini qəhrəman oğullarmız Şəhidlik şəadətinə ucalmaqda görürdülər və gördülərdə. Yumruğunu sıxaraq 44 günlük vətən müharibəsi dövründə Ali Baş Komandan Cənab İlham Əliyevin televiziya vasitəsi ilə dünyaya çatdırdı ki, düşmənin uydurduğu əfsanəvi güclü erməni ordusunun əsgərləri Azərbaycanın cəsur Ordusu qarşısında aciz qalıb , düşmənin əsgərləri fərarilik edərək , döyüş postlarını qoyub qaçdılar, bütün bu deyilənlər müharibə zamanı çəkilmiş videolardada açıq-aydın görünürdü. Prezident Cənab İlham Əliyev qeyd etmişdir : “II Qarabağ müharibəsində Bir dənədə olsun Azərbaycan əsgəri fərarilik etməmişdir. Lakin mənə verilən məlumata əsasən on mindən çox erməni əsgəri fərarilik etmişdir. Düşmən tərəf bunu təkzib etsədə biz bunu müharibənin ilk gedişində şahidi olduq." 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan əsgəri dünyada görünməmiş bir şücaət göstərərək yalnız modern savaş nümunəsini tarixə yazmadı, eyni zamanda cəngavərlik ruhunu, türk savaş əxlaqını ortaya qoyaraq mərdi-mərdanə bir döyüş apararaq, başda Şuşa qalası olmaqla, işğalda olan torpaqlarmızı yağı düşməndən azad etdi. II Qarabağ müharibəsində əldə olunmuş qələbəmizi şərtləndirən əsas amillərdən biridə Ali Baş Komandan İlham Əliyevin sayəsində vətənpərvər ruhda gənc nəslin yetişməsi müharibədə döyüşən əsgərlərin Ali Baş Komandanın əmrinə sadiqlik, qarşıya qoyulmuş məqsədə nail olmaq əzmi, xalqla dövlətin birliyi-həmrəyliyi , ermənistanın acı məğlubiyyəti və çoxlu sayda əsgərinin məhv edilməsi ilə nəticələndi. Onsuz da bu Zəfərə xalqımız bir gün nail olacağına hər bir Azərbaycanlıda böyük inam var idi, amma bu möhtəşəm qələbəmiz 30 il ərzində düşmənin Şəhid etdiyi oğul və qızlarmızın ruhunuda şad etdi, hərbi əməliyyatlar zamanı torpaqlarmız azad edildi. İkinci Qarabağ müharibəsi bizim şanlı Zəfərimiz kimi tarixdə əbədi qalacaq. Dağlıq Qarabağda və ətraf rayonlarda qazanılmış böyük Zəfər məhz Azərbaycan naminə, Azərbaycanın bütövlüyü uğrunda aparılan müharibənin parlaq hərbi-siyasi yekunu möhtəşəm nəticəsidir. Ona görə də bu müharibə haqlı olaraq xarakter etibarilə Vətən müharibəsi adlandırılır. Bu müharibənin qalibləri Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev və müzəffər Azərbaycan Ordusu, Azərbaycan əsgəridir. Azərbaycan xalqı illərlə ermənistanın hərbi təcavüzü nəticəsində fiziki-mənəvi əzaba düçar olmuş, amma dünya bu haqsızlığa susaraq yanlış mövqe sərgiləyirdi, ermənistanın 30 ildə işğalda saxladığı torpaqlarda apardığı dağıdıcı vəhşi hərəkətinə göz yumulurdu, heç bir beynəlxalq təşkilat səsini çıxarmırdı haqlını müdafiə etmək istəmirdi. Prezident Cənab İlham Əliyev qeyd etdiyi kimi “dünyada belə bir düşüncə yaranıb, kim güclüdürsə, o haqlıdır, o ədalətlidir “. Amma haq-ədalətin Qarabağmızda, işğalda qalan torpaqlarmızda yenidən bərpası bir daha düşməni dəstəkləyən ermənistanın havadarlarına bir tərs sillə oldu, ermənistan və havadarları Azərbaycan Ordusunun gücünün qüdrətinin açıq şahidi oldu. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış Zəfər Azərbaycan xalqına təcavüzkar ermənistan tərəfindən işğal edilmiş torpaqlarının düşməndən azad edilməsinə, ərazi bütövlüyünün təmininə nail olmaq şansı qazandırmışdır. Məhz dünya tarixində torpaqları işğaldan azad edən vətən xilaskarı kimi ilk olaraq öz adını Zəfərilə tarix yazan Dövlət başçısı Ali Baş Komandan İlham Əliyev olmuşdur. İndi işğaldan azad olunmuş torpaqlarmız yenidən dirçəldilir, yeni yollar çəkilir, abadlıq tikinti-quruculuq işləri aparılır , doğma sakinləri işğaldan azad olunmuş torpaqlara qədəm qoyaraq səfərlər edirlər böyüyüb boya başa çatdıqları kənd və şəhərlərdə yaşadıqları xatirələri yenidən yaşayırlar bundan qürurlu sevincli xoşbəxt an nə ola bilər ki... Prezident Cənab İlham Əliyev qeyd ediyi kimi : “Ermənilər 30 il ərzində bizim torpaqlarmızı ancaq istismar edirdi, təbii sərvətləri talayırdı, evləri dağıdırdı, sökürdü. Sonra da deyirdi ki, bura erməni torpağıdır. Bura heç vaxt erməni torpağı olmayıb və bundan sonrada olmayacaq. Bu Azərbaycan torpağıdır. Biz Azərbaycanlılar - bu torpaqların sahibləri qayıtmışıq. Düşməni torpaqlarmızdan qovaraq, düşmən ordusunu məhv edərək, qəhrəmanlıq, fədakarlıq göstərərək qayıtmışıq." Hər bir Azərbaycanlının yaddaşında əbədi qalacaq Zəfərmiz vətən uğrunda canından-qanından keçmiş qəhrəman Azərbaycan oğullarının Şəhidlik zirvəsinə ucalaraq Vətən torpağını azadlığa çıxarılmasında böyük fədakarlıq etmiş hər bir əsgərmizin hər bir Qazimizin cəsurluğunu qəhrəmanlığını Dövlətimiz daim yüksək qiymətləndirir unutmur.Vətən müharibəsində Şəhid olmuş oğullarmızın xatirəsi əbədiləşdirilir, Şəhid ailələrinin üzvlərinə Qazilərə döyüşçülərə diqqət və qayğı göstərilərək, 44 günlük müharibədə zəhməti olan hər bir Azərbaycanlının fədakarlığına biganə münasibət göstərilmir , Vətən müharibəsində əldə olunmuş Zəfərmizin qalibləri yaddan çıxarılmır. Prezident Cənab İlham Əliyevin və Azərbaycan Ordusunun sayəsində qazanılmış Zəfərimiz böyük bir tarixi hadisədir .Əsirlər keçsədə bu müharibədən danışılacaq, gələcək nəsillərə Vətən müharibəsində Vətən oğullarmızın qəhrəmanlığı daim təbliğ olunacaq. Hər bir Azərbaycanlıya qürurlu və sevincli xəbəri çatdıran 44 günlük Vətən müharibəsinin Qəhrəmanı Müzəffər Ali Baş Komandan Prezident Cənab İlham Əliyevə minətdarıq. Bu Zəfərin müəllifi Prezident Cənab İlham Əliyevdir. Yaşasın Prezidentimiz! Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır! Aydın Əliyev, Xocalı rayon ziyalısı